Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Azərbaycana aid nəşrlər İzmir Milli Kitabxanasına hədiyyə edilib

54

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin İzmir şəhərinə səfəri çərçivəsində İzmir Milli Kitabxanasını ziyarət edib.

AZƏRTAC xəbər verir ki, Fuad Muradov Türkiyənin ilk Milli Kitabxanası hesab edilən bu məkanın direktoru Ülvi Puğla ilə görüşüb, buradakı tarixi nəşrlərlə yaxından tanış olub.

O, Qarabağ Zəfəri, bu tarixi qələbəyə gedən yol, Azərbaycanın, o cümlədən Qarabağın tarixi, musiqisi, mədəniyyətini özündə əks etdirən nəşrləri kitabxanaya hədiyyə edib.

Ülvi Puğla bu qiymətli əsərlərin İzmir Milli Kitabxanasında yer almasından məmnunluğunu bildirib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın