İsveç Xarici İşlər Nazirliyi İrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürür
İsveç Xarici İşlər Nazirliyi İranda pisləşən təhlükəsizlik vəziyyəti ilə əlaqədar Tehrandakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq Bakıya köçürmək qərarına gəlib.
Trend-in məlumatına görə, İsveç Xarici İşlər naziri Maria Malmor Stenergard bu barədə X sosial media səhifəsində məlumat verib.
"İranda pisləşən təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla, İsveç Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyinin əməkdaşlarını müvəqqəti olaraq köçürmək qərarına gəlib. Səfirlik fəaliyyətini Bakıdan davam etdirəcək.
Tehrandakı təhlükəsizlik vəziyyəti olduqca qeyri-müəyyən olaraq qalır.
İsveç Xarici İşlər Nazirliyi 2022-ci ildən etibarən İrana bütün səyahətləri dayandırmağı tövsiyə edir və İsveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır", - deyə nəşr bildirib.


