Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Politoloq: Qərb dövlətləri ikiüzlü siyasət yürütməklə iqlim problemlərini dərinləşdirir

217

Qərb dövlətlərinin Azərbaycanın yürütdüyü siyasətlə bağlı fikirləri geosiyasi və iqtisadi maraqlar səbəbindən qərəzlidir.

Bu barədə "Report"a açıqlamasında politoloq Hacra Xan (Hajra Khan) deyib.

Onun sözlərinə görə, Aİ və ABŞ kimi siyasi oyunçular Bakının neft və qaz istehsalçısı kimi strateji mövqeyini nəzərə alaraq Azərbaycana enerji təhlükəsizliyi prizmasından baxır.

“Azərbaycana qarşı tənqidlər seçmə yanaşma əsasında səsləndirilir ki, bu da digər ölkələrə qarşı daha yumşaq münasibətlə ziddiyyət təşkil edir. Bu ikili standartlar Qərb ölkələrinə inamı sarsıdır”, - o bildirib.

Politoloq qeyd edib ki, Qərb tez-tez bu cür sammitlərdən öz proqramlarını irəli çəkmək üçün platforma kimi istifadə edir, digər ölkələri iqlim dəyişikliyi ilə mübarizədə kifayət qədər səy göstərmədiklərinə görə tənqid edir.

"Bunu iqlim ikiüzlülüyünün bir forması kimi qiymətləndirmək olar. Məsələn, Qərb ölkələri yalnız inkişaf etməkdə olan ölkələrdə emissiyalardan danışır və bunun hesabına öz iqlim nailiyyətlərini nümayiş etdirir", - H.Xan vurğulayıb.

O hesab edir ki, COP29 kimi tədbirlərin siyasiləşdirilməsi iqlim dəyişikliyi ilə mübarizədə qlobal tərəqqiyə mənfi təsir göstərir.

"Siyasiləşdirmə parçalanmaya səbəb olur və kollektiv səylərə xələl gətirir. Bu hal iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması kimi ümumi hədəfi arxa plana atan geosiyasi maraqlar və millətçi əhval-ruhiyyədən qaynaqlanır", – politoloq diqqətə çatdırıb.

O, Paris Sazişinə qayıtmasından qlobal iqlim siyasətinin formalaşdırılması və təsir aləti kimi istifadə edən ABŞ-ni nümunə gətirib.

“Siyasiləşdirmənin iqtisadi təsirləri olduqca böyükdür. İqlim dəyişikliyi artıq dünya iqtisadiyyatına ildə 320 milyard dollara başa gəlir, ölkələrin bu cür mövqeyi isə bu yükü daha da ağırlaşdırır”, – H.Xan bildirib.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın