Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

SOCAR: Özbəkistanla neft-qaz sənayesi üçün kadr hazırlığına və rəqəmsal transformasiyaya önəm verilir – EKSKLÜZİV

69

SOCAR və Özbəkistan arasında ticarət əməliyyatları genişləndirilir, treydinq, neft emalı və pərakəndə yanacaq satışı sahələrində yeni layihələr müzakirə olunur.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq SOCAR-dan bildirilib.

Qeyd olunub ki, digər istiqamətlər üzrə də əməkdaşlıq uğurla inkişaf etdirilir.

“Məqsəd Orta Dəhlizin potensialından tam istifadə etmək və yüksək gəlirlilik təmin edən premium bazarlara birbaşa çıxışı təmin etməkdir. Eyni zamanda, neft-qaz sənayesi üçün kadr hazırlığına və sahənin rəqəmsal transformasiyasına xüsusi önəm verilir”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, SOCAR operatoru olduğu Özbəkistanın “Üstyurt” geoloji-kəşfiyyat layihəsi üzrə çöl seysmik işləri uğurla başa çatdırıb, seysmik məlumatların emalı üçün podratçı seçiminə başlanılıb. “Üstyurt” geoloji-kəşfiyyat layihəsi çərçivəsində toplanmış seysmik məlumatların həcminin böyük olduğu nəzərə alınaraq emalının 2027-ci ilin birinci rübündə başa çatdırılması gözlənilir.

“Üstyurt” investisiya bloklarının (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi Azərbaycan–Özbəkistan enerji əməkdaşlığı strategiyasının həyata keçirilməsində mühüm mərhələ hesab olunur.

2025-ci il iyulun 24-də Özbəkistanın Energetika Nazirliyi, SOCAR və "Özbəkneftqaz" SC Üstyurd neft-qaz regionunun investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalayıb, iştirak payları belədir: bp – 40 faiz, “Uzbekneftegaz” SC – 30 faiz və SOCAR (operator) – 30 faiz.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın