Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Palçıq Vulkanları Turizm Kompleksi: statistika və mediatur

64

Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə sentyabrın 28-də yerli media nümayəndələri üçün Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil olunub.
Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli bildirib ki, 13 iyun 2024-cü il tarixində istifadəyə verilən və fərqli bir turizm məhsulu olan Palçıq Vulkanları Turizm Kompleksi paytaxta gələn xarici və yerli turistlərin ən çox səfər etdikləri məkanlardan birinə çevrilmişdir.
Kompleksin zəngin infrastrukturu ziyarətçilərdə böyük maraq doğurur. Buraya aşağıdakı obyektlər daxildir:

* Turizm İnformasiya Mərkəzi;
* Sərgi zalı – palçıq vulkanlarının xüsusiyyətləri və minerallar barədə dolğun məlumat verir;
* Emalatxana – dulusçuluq və neftlə rəsmlərin çəkilməsi üzrə master-klaslar təşkil olunur;
* Təbiət tarixi sərgi zalı – Azərbaycan və dünya faunasına aid 1000-ə yaxın nadir nümunə sərgilənir.

Unikal təbiət hadisəsi kimi diqqət çəkən palçıq vulkanları ilə yaxından tanışlıq üçün kompleksdə hərtərəfli şərait yaradılıb. Ziyarətçilər açıq ərazidə bir sırada düzülmüş 8 sopkadan (təpə) ibarət “Qılınc” palçıq vulkanını, həmçinin neft püskürən vulkanı yaxından izləyə bilərlər. Bundan başqa, hündürlüyü 402 metr, diametri isə 150 metr olan, Azərbaycanın və dünyanın ən böyük palçıq vulkanı sayılan “Torağay” vulkanını da xüsusi müşahidə nöqtəsindən seyr etmək mümkündür.
Qoruqları İdarəetmə Mərkəzinin sədri M.Ağabəyli vurğulayıb ki, palçıq vulkanlarının ətrafında müasir turizm infrastrukturunun qurulması həm bu ərazilər haqqında ictimai maarifləndirməni artırır, həm də onları unikal təbiət irsi kimi qlobal müstəvidə təbliğ edir. İdarə Heyətinin sədri Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən digər qoruq və müəssisələrdə yaradılmış imkanlar, regionlardakı yeni turizm məhsulları, həyata keçirilən layihələr və statistik göstəricilər barədə də ətraflı məlumat verib.
Təqdim olunan statistikaya əsasən, 2026-cı ilin yanvar-avqust ayları ərzində Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruq və muzeyləri ümumilikdə 432 296 biletli turist ziyarət edib. Onların 303 426 nəfəri (70,19%-i) xarici, 128 870 nəfəri (29,81%-i) isə yerli turistlər olub. Bundan əlavə, 95 260 nəfər qoruq və muzeylərə ödənişsiz giriş hüququndan istifadə edib.
Hesabat dövründə Palçıq Vulkanları Turizm Kompleksini isə ümumilikdə 28 979 biletli şəxs ziyarət edib ki, onların da 26 235 nəfəri xarici, 2 744 nəfəri yerli turist olub. 798 nəfər isə kompleksi ödənişsiz qaydada ziyarət edib. Kompleksə gələn xarici qonaqlar dünyanın 150-dən çox ölkəsini təmsil ediblər. Onların arasında Çin, Rusiya, Türkiyə, İsrail, Hindistan, Polşa, Almaniya, İtaliya, Bəhreyn və ABŞ vətəndaşları üstünlük təşkil edib.
Mediatur jurnalistləri maraqlandıran sualların ətraflı cavablandırılması ilə yekunlaşıb.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın