İzmir və Antalyada müasir Azərbaycan rəssamlarının "Rənglərin Zərifliyi: Sənətin Zəfəri" adlı sərgisi keçiriləcək
Türkiyə Respublikası səfirliyinin yanında fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan Rəssamlıq Akademiyası və İzmir Azərbaycan Assosiasiyasının dəstəyi ilə təşkil olunan sərgidə Azərbaycan qadın rəssamlarının, eləcə də Türkiyədə fəaliyyət göstərən tanınmış Azərbaycan rəssamlarının əsərləri nümayiş olunacaq.
Bu il 28 aprel - 20 may tarixləri arasında İzmirdəki Adnan Saygun İncəsənət Mərkəzində keçiriləcək sərgidə vətən, Azərbaycan mədəniyyəti, Bakı, İzmir, təbiət, Qarabağ, qadın gözəlliyi və sevgi kimi mövzularda əsərlər nümayiş olunacaq.
Sərginin rəsmi açılış mərasimi 5 may saat 17:00-da Adnan Saygun İncəsənət Mərkəzində keçiriləcək. "Rənglərin Zərifliyi: Sənətin Zəfəri: Müasir Azərbaycan Rəssamlarının Sərgisi" İzmir-Bakı Qardaş Şəhərlər Sazişinin imzalanmasının 40-cı ildönümü münasibətilə təşkil olunur.
Mənbə: İzmir Azerbaycan Derneği


