Elektroavtobuslar Bakıda 1, 5, 14, 21 və 88A nömrəli marşrutlarla işləyir
269
![](https://bakuinform.az/storage/news/17-20nov24/news_43_ts4KOODt2x-resized.jpg)
Bakıda bir neçə marşrut xətləri üzrə elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, AYNA tərəfindən dayanıqlı və təhlükəsiz ictimai nəqliyyatın təşkili, avtobus parkının yenilənməsi istiqamətdə davamlı tədbirlər icra edilir:
“1, 5, 14, 21 və 88A nömrəli marşrut xətləri üzrə BYD markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb”.
Məlumatda qeyd edilib ki, elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib:
“Bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub”.