Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Mədəniyyət sahəsində hansı islahatlar aparılacaq? - Prezidentdən tapşırıq

44

Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Mədəniyyəti - 2040" Konsepsiyasında müvafiq sahədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində görüləcək işlər əksini tapıb.

Oxu.Az-ın məlumatına görə, sənəddə qeyd olunub ki, mədəniyyətin hər bir fərdin və bütövlükdə cəmiyyətin inkişafında rolunun artırılması üçün ilk növbədə bu sektorda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi zəruridir.

Mədəniyyət sahəsində qeyd edilən istiqamətdə görüləcək işlər aşağıdakılardır:

- Normativ hüquqi bazanın təkmilləşdirilməsi;

- İnstitusional islahatlar aparılması;

- Əlçatanlığın və inklüzivliyin təmin edilməsi;

- Maliyyələşdirmənin optimallaşdırılması və investisiyaların təşviqi;

- İnsan kapitalının inkişafı və kadr hazırlığının artırılması;

- İnfrastrukturun təkmilləşdirilməsi;

- Rəqəmsal inkişaf və rəqəmsal mədəniyyətin formalaşdırılması;

- Müasir mədəniyyət kommunikasiyası modellərinin tətbiqi.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın