Kəskin hava şəraiti ilə əlaqədar "Azneft"də təhlükəsizlik tədbirləri gücləndirildi
21
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit və küləkli keçməsi ilə əlaqədar SOCAR-ın "Azneft" İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Azneft" İB-dən məlumat verilib.
İstehsalat Birliyindən verilən məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.
"Bütün sahələrdə maarifləndirmə aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır", - deyə qurumun yaydığı məlumatda bildirilir.


