Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Beynəlxalq Xalça Festivalının rəsmi saytı istifadəyə verildi

186

2-4 may 2025-ci il tarixlərində İçərişəhərdə “Azərxalça” ASC və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və təşkilatçılığı, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun dəstəyi ilə keçiriləcək Beynəlxalq Xalça Festivalının rəsmi internet saytı istifadəyə verildi.

3 gün davam edəcək xalça bayramında iştirak etməyi arzulayan hər kəs bakucarpetfest.az saytından Festival haqqında istənilən məlumatı əldə etməklə yanaşı, may ayının 2-də baş tutacaq Beynəlxalq Xalça Formuna da qeydiyyatdan keçə bilər. Forum xalça sənayesinin yerli və xarici aparıcı mütəxəssislərini, dizaynerləri, istehsalçıları və tədqiqatçıları bir araya gətirəcək. Plenar sessiyalar, panel müzakirələri, B2B görüşlər və gənc alimlər üçün xüsusi sessiyalar təşkil olunacaq.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın