Alimlər Azərbaycanda güclü yağışların yaratdığı təhlükə barədə xəbərdarlıq etmişdi
38
Coğrafiya İnstitutunun tədqiqatçısı Rafiq İsmayılovun APA-ya verdiyi məlumata görə, uzunmüddətli və intensiv yağışlar, xüsusən də yamaclarda sürüşmələrə səbəb ola bilər.
Onun sözlərinə görə, Azərbaycanda davamlı yağış qlobal iqlim dəyişikliyi və keçid dövrünün xüsusiyyətləri ilə əlaqədardır.
O qeyd edib ki, şimaldan gələn soyuq hava kütlələri mart ayının sonunda ölkəyə daxil olur və rütubətli hava yaradır. Bu vəziyyətin aprel ayına qədər davam edəcəyi proqnozlaşdırılır.


