Разработка веб сайтов Разработка мОБИЛЬНЫХ ПРИЛОЖЕНИЙ

Bakıda IT muzeyi yaradılır

48

Bakıda İnformasiya Texnologiyaları (IT) muzeyi yaradılacaq.

Oxu.Az xəbər verir ki, bu barədə layihənin təşəbbüskarı Vahid Qasım öz sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, bu muzeyin əsas məqsədi köhnə texnologiyaları, qurğuları və məlumat daşıyıcılarını tələbələrin diqqətinə çatdırmaq və onlarda IT-nin köklərinə maraq oyatmaqdır.

Qeyd olunub ki, muzey Bakı şəhəri, Mətbuat prospekti 25 ünvanında (metronun "Elmlər akademiyası" stansiyasının yaxınlığı) yerləşəcək.

Xəbəri paylaş

Əgər bu xəbər sizə maraqlı gəldisə, onu dostlarınızla paylaşmağı unutmayın